Fransa səfiri: “Ali təhsildə əməkdaşlıq bizim üçün vacibdir”

Fransa səfiri: “Ali təhsildə əməkdaşlıq bizim üçün vacibdir”
# 27 may 2022 17:21 (UTC +04:00)

“Ali təhsildə əməkdaşlıq bizim üçün vacibdir, çünki hər bir uğurlu ölkə üçün insan kapitalı önəmlidir”.

APA xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross BDU və Lion universitetinin birgə proqramının məzunları ilə görüşdə deyib.

O bildirib ki, Azərbaycan və Fransa universitetləri arasında mühəndislik və incəsənət proqramları ilə bağlı əməkdaşlıq var: “Biz istəyirik ki, digər sahələrdə, sosial elmlər, hüquq, biznes və s. təhsil proqramlarında əməkdaşlıq olsun. Əqli mülkiyyət, hüquq üzrə magistratura proqramı ilə bağlı Lion Universiteti və BDU arasında əməkdaşlığa maraq ifadə olunub. Bir ildən az müddətdə bu ortaq proqram hazırlanıb və əməkdaşlığın əsası qoyulub. Nəticədə azərbaycanlı tələbələr iki diplom alacaqlar. Bu isə o deməkdir ki, onların elmi dərəcəsi hər iki əmək bazarında, həm Avropada, həm də Azərbaycanda tanınacaq”.

Səfir qeyd edib ki, gələcəkdə BDU və Fransa universitetləri arasında dayanıqlı iqtisadiyyat və inkişafla bağlı təhsil proqramlarında əməkdaşlıq görməyə ümid edirlər: “Dayanıqlı turizmə dair Azərbaycan Turizm və Menecment Universiteti və Fransa Universiteti arasında əməkdaşlıqla bağlı danışıqlar gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR