Şəhid ailələrinin üzvləri və qazilər üçün Qubada tibbi aksiya təşkil olunub

Qubada tibbi aksiya

© APA | Qubada tibbi aksiya

# 29 yanvar 2022 13:07 (UTC +04:00)

"Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə şəhid ailələrinin üzvləri və qazilər üçün regionlarda təşkil olunan növbəti tibbi aksiya “Şahdağ Quba & Truskavets Tibbi Sanatoriyası”nda keçirilib.

Quba Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, aparılan müayinələrə Quba və Xaçmaz rayonlardan qeyd edilən həssas kateqoriyaya aid, vətəndaşlar cəlb edilib.

Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, həmçinin zəruri dərman vasitələri ilə təmin olunublar. Digər patologiya aşkarlanan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Xəstəlik aşkarlanmış vətəndaşların növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da layihə çərçivəsində təmin ediləcək.

Tibbi aksiyanın təşkilinə RİİB könüllüləri tərəfindən yaxından dəstək verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR