Şəhid Bəxtiyar Quliyevin anası Şuşanı ziyarət edib - FOTO

Şəhid Bəxtiyar Quliyevin anası Şuşanı ziyarət edib - FOTO
# 06 oktyabr 2022 13:44 (UTC +04:00)

Şuşalı şəhid Bəxtiyar Quliyevin anası Nadejda Alekseyevna Toloknova (Quliyeva) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə müraciəti əsasında Şuşa şəhərini ziyarət edib.

Qoruqdan APA-ya verilən xəbərə görə, Nadejda Alekseyevna Toloknova 1953-cü ildə Rusiyada anadan olub, 1969-cu ildə Sabir Quliyevlə evlənərək Şuşaya köçüb, onların 4 övladı dünyaya gəlib və Hacı Yusifli məhəlləsində yerləşən evlərində 1992-ci ilin may ayının 8-nə kimi yaşayıblar:

“Hazırda Nadejda xanımın evi və anası Vera Stepanovnanın Toloknova Şuşada olan qəbri erməni vandalizminə məruz qalaraq dağıdılıb. Quliyevlər ailəsi Şuşa işğala məruz qalandan sonra Bakı şəhərinə köçüblər.

Böyük övladı Bəxtiyar Quliyev 1994-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə qalxıb, Ağdam rayonu ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin müşayiəti ilə şəhidimizin ailəsi öz evlərini, İsa bulağını və digər məkanları ziyarət ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR