Səhiyyə naziri: Azərbaycanda mövsümi qrip yayılıb

Teymur Musayev

© APA | Teymur Musayev

# 20 yanvar 2023 09:21 (UTC +04:00)

Azərbaycanda son vaxtlar mövsümi qrip yayılıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, iki il ərzində pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub və nəticədə ara-sıra mövsümi qriplər yayılıb.

“Buna görə də hazırlıq məqsədilə ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəssisələrinə paylanıb”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR