Səhiyyə naziri: “Vaksin millətçiliyi yolverilməzdir”

Teymur Musayev

© APA | Teymur Musayev

# 17 iyun 2022 11:02 (UTC +04:00)

“Səhiyyə sisteminin landşaftı dəyişəcək, yeni ekspertlərə ehtiyac duyulacaq. Bu sahədə ən yüksək səviyyədə rəqəmsallaşma təşkil edilməlidir”.

APA-nın xəbərinə görə, bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusundakı paneldə Azərbaycan səhiyyə naziri Teymur Musayev bildirib.

Səhiyyə naziri deyib ki, vaksin millətçiliyi yolverilməzdir:

“Eyni zamanda, pandemiya zamanı vaksinlərlə bağlı mediada saxta məlumatlar yayılıb. Bu məlumatlarla mübarizə vacibdir. Medianın elmi baxımdan təsdiqini tapmamış məlumatlar yaymaq hüququ yoxdur, biz bununla mübarizə yolunu tapmalıyıq. Digər tərəfdən, hökumətlərin ümumi platforması da yaradılmalıdır ki, hər hansı ölkənin hökuməti bu sahədə çevik, düzgün qərar verə bilsin”.

Teymur Musayev qeyd edib ki, Azərbaycanda vaksinlərlə bağlı geniş məlumatlandırma kampaniyası aparılıb: “Dünyada səhiyyə sisteminə böyük və düzgün isiqamətdə sərmayələrin yatırılması zamanı çatıb. Vəsaitlərin, resursların azlığı, vaksinlərin kommersiya əsasında satışı qarşımızda duran təhdidlərdir. Bu təhdidlə xüsusən gəliri aşağı olan ölkələr üzləşir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR