Səhiyyə Nazirliyi 30-dan çox saxta diplom aşkarlayıb

Səhiyyə Nazirliyi 30-dan çox saxta diplom aşkarlayıb
# 06 yanvar 2022 12:37 (UTC +04:00)

Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tibb işçilərinin işə qəbulu və sertifikasiyası tədbirlərinin aparılması ilə əlaqədar ötən il Səhiyyə Nazirliyi tərəfindən 32 saxta diplom aşkar edilib.

Qeyd olunub ki, 29 diplomun saxtalaşdırılması şübhə doğurduğundan toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib: “3 diplomla bağlı araşdırma davam etdiyindən hazırda icraatdadır. Araşdırma tamamlandıqdan sonra qeyd olunan sənədlərin aidiyyəti orqana göndərilməsi təmin olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR