Səhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olub

Səhiyyə Nazirliyi: Bu yay günvurma ilə bağlı 29 müraciət olub
# 21 avqust 2019 13:07 (UTC +04:00)

Bu mövsüm günvurmalarla bağlı təcili tibbi yardıma 29 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, onlardan 18 nəfəri hospitalizasiya edilib, 11 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 12-si qadın, 14-ü kişi, 3-ü uşaq olub.

Qeyd edək ki, bu il havaların sərin keçməsi ilə əlaqədar müraciətlərin sayı ötən illə müqayisədə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR