Səhiyyə Nazirliyi əhalini məsuliyyətli olmağa çağırıb

Təyyar Eyvazov

© APA | Təyyar Eyvazov

# 29 dekabr 2021 16:25 (UTC +04:00)

“İl ərzində bayramlarda bir neçə gün evdə oluruq, bu zaman hamı bir-birinə qonaq gedir. Yeni il ailə bayramıdır, təmaslar artır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19" mövzusunda çıxışında deyib. O bildirib ki, yoluxma sayının artmaması üçün qaydalara əməl etmək lazımdır: ”Omicron” ştamı hələ Azərbaycanda aşkarlanmayıb, amma gələcəyi gözlənilir. Diqqətli, məsuliyyətli olmaq lazımdır ki, gələn ilə xəstəliksiz keçək. Əhalinin məsuliyyətli olması, 2 il ərzində əldə olunan qaydalara ciddi əməl edilməsi lazımdır. Qapalı mühitlərdə az toplaşmaq, maskadan istifadə etmək, havanın tez-tez dəyişdirilməsi, gigiyena qaydalarına əməl etmək, vaksinasiyada fəal iştirak, o cümlədən buster dozanın qəbul edilməsi, beləliklə, əhalidə formalaşmış süni immunitetin daha da artırılması yolu ilə infeksiyaya qarşı həssaslığın azalması vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR