Səhiyyə Nazirliyi: Koronavirusun xəstəlik törətmə qabiliyyəti zəifləyib

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 26 yanvar 2022 15:41 (UTC +04:00)

“Müəyyən vaxt sonra pandemiya bitəcək, amma koronavirus bizdə qalacaq”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, virusun xəstəlik törətmə qabiliyyəti zəifləyəcək: “Bu da artıq baş verir. Yoluxma halları çox olsa da, virus daha yüngül hallar törədir. Yəqin yaxın vaxtlarda pandemiya sona çatacaq. Biz bunu arzulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR