Səhiyyə Nazirliyi "Omicron" ştamının əlamətlərini açıqlayıb - VİDEO

Səhiyyə Nazirliyi "Omicron" ştamının əlamətlərini açıqlayıb - VİDEO
# 14 yanvar 2022 11:47 (UTC +04:00)

""Omicron” ştamı COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edir. Lakin aşkarlanmış koronavirusun “Omicron" ştamı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O, “Omicron” ştamının spesifik simptomlarına aydınlıq gətirib: Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “Omicron” və “Delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR