Səhiyyə Nazirliyi: Qarayaraya yoluxan xəstələr sabah evə buraxılacaqlar

Səhiyyə Nazirliyi: Qarayaraya yoluxan xəstələr sabah evə buraxılacaqlar
  • Clock-gray 14:18
  • calendar-gray 19 Sentyabr 2019

Səhiyyə Nazirliyi bir müddət əvvəl Sabirabad Rayon Mərkəzi Xəstəxanasına qarayara diaqnozu ilə daxil olan xəstələrin durumunu açıqlayıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qarayaraya yoluxan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Onlar sentyabrın 20-də evə buraxılacaqlar.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşdırmalara başlanılıb.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.

Kəmalə Quliyeva

Digər xəbərlər

Arxiv

date