Səhiyyə Nazirliyi risk qrupunda olanları peyvənd olunmağa çağırıb

Səhiyyə Nazirliyi risk qrupunda olanları peyvənd olunmağa çağırıb
# 08 fevral 2023 15:13 (UTC +04:00)

“Qrip peyvəndi olunmuş şəxslər xəstələnsələr də, ağırlaşamlar olmur”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, xüsusilə də risk qruplarına daxil olanlar qrip əleyhinə peyvənd olunmalıdırlar:

“5 yaşa qədər olan uşaqlar, hamilə qadınlar, 60 yaşdan yuxarı olanlar, böyrək, qaraciyər, şəkər xəstəliyi olanlar daha çox risk qrupuna daxildirlər”.

O qeyd edib ki, risk qrupuna daxil olmayanlar, yüksək temperaturu olduğu halda, iki-üç gündən sonra yaxşılaşmasa, həkimə müraciət etməlidirlər:

“Risk qrupuna daxil olanlar isə ilk gündən həkimə müraciət etməlidirlər. Əgər xəstədə nəfəs alma ilə bağlı problem yaranıbsa, təzyiqi düşürsə, nevroloji hallar ortaya çıxırsa, mütləq həkimə müraciət etməlidir”.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR