Səhiyyə Nazirliyi: Uşaqlar arasında yayılan influenza xəstəliyi soyuqdəymədir

Nadir Zeynalov

© APA | Nadir Zeynalov

# 20 iyun 2022 13:38 (UTC +04:00)

“Azərbaycanda həm koronavirus, həm də digər xəstəliklərlə bağlı epidemioloji durum sabitdir”.

APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədəki epidemioloji vəziyyət nəzarət altındadır.

Nazir müavini qeyd edib ki, uşaqlar arasında yayılan influenza xəstəliyi sırf soyuqdəymədir: “Mövsümi olaraq həmişə respirator virus infeksiyaları olub. Hazırda həmin viruslar mövsümü olmadığından xəstələnmə halları azalmaqdadır. İnfluenza virusu vaxtaşırı xəstələndiyimiz soyuqdəymə, qrip xəstəliyidir və bu da mövsümidir. Hazırda bu sahədə sabitlikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR