Azərbaycanın Xocalı şəhəri yaxınlığında səhra hospitalının qurulması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 53 avtomobili və heyəti Xocalıya yola düşüb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, FHN avtomobilləri və şəxsi heyəti zəruri avadanlıqlarla Ağdam yolu ilə Xocalıya doğru hərəkət edib.
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında sentyabrın 25-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə FHN-in 10 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət heyətlə Xankəndi şəhərinə yola düşüb.