Şəkidə direktora etiraz edilən məktəbdə araşdırma aparılıb

Şəkidə direktora etiraz edilən məktəbdə araşdırma aparılıb
# 05 oktyabr 2022 11:43 (UTC +04:00)

Ötən gün sosial mediada və xəbər saytlarında Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin müəllimlərinin məktəb direktoruna etiraz edərək dərsə girməməsi ilə bağlı görüntü yayımlanıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən APA-ya verilən açıqlamaya görə, Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, hazırda müəllimlər tədrisə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR