Şəkidə qanunsuz yolla ağac əldə edən sex sahibi məsuliyyətə cəlb edilib

Şəkidə qanunsuz yolla ağac əldə edən sex sahibi məsuliyyətə cəlb edilib
# 02 dekabr 2022 09:43 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şəki rayonu, Qoxmuq kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayon sakini Ramin Musayevə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 51,67 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov APA-ya bildirib.

O qeyd edib ki, faktla bağlı akt tərtib olunub və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR