Sektor müdiri: “İqlim dəyişmələrinin artması yeni münaqişələrə gətirib çıxara bilər”

Sektor müdiri: “İqlim dəyişmələrinin artması yeni münaqişələrə gətirib çıxara bilər”
# 13 may 2022 16:50 (UTC +04:00)

“Müharibələr, orada istifadə olunan silah və texnika iqlim dəyişmələrinə mənfi təsir göstərir”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov deyib.

Onun sözlərinə görə, gələcəkdə bu cür iqlim dəyişmələrinin artması yeni münaqişələrə də gətirib çıxara bilər: “Artıq dünyanın siyasi təhlükəsizlik sistemi ekoloji təhlükəsizlik sistemi ilə birbaşa bağlıdır. Bu təhlükəsizliklə bağlı ölkələrin bir-birinə iddiaları yarana bilər. Müharibələrdə çox ağır texnikalardan istifadə olunur. Bu təsirin hesablanması üçün də kifayət qədər məlumat olmalıdır. Bundan əlavə meşə örtüyü məhv edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR