Sel və daşqınlarla mübarizə üçün 5 km sahilbərkitmə bəndləri salınacaq

Sel və daşqınlarla mübarizə üçün 5 km sahilbərkitmə bəndləri salınacaq
# 22 iyul 2022 14:48 (UTC +04:00)

2026-cı ilədək 5 km sahilbərkitmə bəndləri salınacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, Kənd Təsürrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə 2026-cı ilədək sel və daşqınlara qarşı mübarizə üçün 5 km sahilbərkitmə bəndlərinin salınmasını təmin etməlidir. Bununla yanaşı adıçəkilən qurumlar kollektor-drenaj şəbəkələrinin 240 km hissəsinin bərpasını da həyata keçirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR