Selçuk Bayraktar "Texnofest-Azərbaycan"ın keçiriləcəyi məkanda olub - FOTO

Selçuk Bayraktar "Texnofest-Azərbaycan"ın keçiriləcəyi məkanda olub - FOTO
# 25 may 2022 16:32 (UTC +04:00)

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar "Texnofest-Azərbaycan" festivalının keçiriləcəyi Baku Kristal Halla gəlib.

APA xəbər verir ki, o, burada gənc startapçıların layihələri ilə tanış olub və tövsiyələrini verib.

Daha sonra Selçuk Bayraktar festival çərçivəsində nümayiş olunacaq avia-şouların məşqlərinə tamaşa edib. Qonağa məlumat verilib ki, sabah "Türk ulduzları" və "Solo türk" qrupunun uçuşları olacaq.

Daha sonra "Baykar" şirkətinin rəhbəri festival ərəfəsində müxtəlif tədbirlərin və konsert proqramlarının təşkil olunacağı səhnəyə baxıb.

Jurnalistlərlə təəssüratlarını bölüşən qonaq "Texnofest"in gələcəkdə digər ölkələrdə də keçirilə biləcəyini deyib. O əlavə edib ki, İndoneziya, Ukrayna və Özbəkistandan bununla bağlı təkliflər var.

Selçuk Bayraktar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə görüşüb və "ASAN xidmət"in innovativ yenilikləri ilə tanış olub.

Ülvi Mehdiyev qonağa bildirib ki, Vətən Müharibəsi dövründə "Bayraktar" PUA-ları ilə vurulmuş tankların hissələrindən "Bayraktar" modeli hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR