Səlim Müslümov özünə yeni vəkil tutub 

Səlim Müslümov özünə yeni vəkil tutub 
# 01 avqust 2022 14:29 (UTC +04:00)

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni vəkillə müqavilə bağlayıb.

APA xəbər verir ki, sabiq nazirin hüquqlarını Xırdalan şəhər vəkil bürosundan Ayxan Rüstəmzadə müdafiə edəcək.

Qeyd edək ki, Səlim Müslümov məhkəmədə iki vəkillə müdafiə olunur. Sabiq nazirin digər vəkili Xırdalan şəhər Vəkil Bürosundan Toğrul Vəliyevdir.

Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Səlim Müslümov barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilsə də sonradan səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR