Şəmkir təhsil sektorunun müdiri işdən çıxarılıb

Qüdrət Əliyev

© APA | Qüdrət Əliyev

# 16 noyabr 2022 15:30 (UTC +04:00)

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri işdən çıxarılıb. APA-nın yerli bürosunun məlumatına görə, sektor müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Nəcibə Vəliyeva APA-ya məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Qüdrət Əliyev bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Qüdrət Əliyev Regional təhsil idarələri yaranmamışdan əvvəl Şəmkir rayon Təhsil şöbəsinə rəhbərlik edib. Ona qədər isə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR