Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb - FOTO

Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb  - FOTO
# 07 oktyabr 2022 11:28 (UTC +04:00)

Su hövzələrində balıq populyasiyasının artırılmasına, ekosistemin qorunmasına və su bioresurslarının bərpasına töhfə vermək məqsədilə Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib ki, Nazirlik rəsmilərinin, yerli icra hakimiyyəti əməkdaşlarının və məktəblilərin iştirakı ilə balıqartırma zavodlarında yetişdirilən 200 000 çəkikimi balıq körpəsi Şəmkir və Yenikənd su anbarlarına buraxılıb.

Onun sözlərinə görə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı oktyabrın sonunadək davam edəcək.

Xidmət rəsmisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR