Sentyabr şəhidinin yeni doğulan övladının adına depozit hesabı açılacaq

Sentyabr şəhidinin yeni doğulan övladının adına depozit hesabı açılacaq
# 30 noyabr 2022 17:09 (UTC +04:00)

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

Fonddan APA-ya verilən xəbərə görə, 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Şair Heydərovun Qusar rayonunda doğulan övladı Yeganənin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Yeganənin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidimizin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR