Serbiya XİN başçısı: Kosova məsələsində dəstəyinə görə Rusiyaya qarşı sanksiyalara qoşulmamışıq

Serbiya XİN başçısı: Kosova məsələsində dəstəyinə görə Rusiyaya qarşı sanksiyalara qoşulmamışıq
# 26 yanvar 2023 15:52 (UTC +04:00)

Rusiya Kosovo da daxil, bir sıra məsələdə dəstək olduğuna görə, Serbiya ona qarşı sanksiyalara qoşulmayıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Serbiya xarici işlər naziri İvitsa Daçiç Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bununla yanaşı Serbiya ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır. Serbiyalı nazir Türkiyənin Rusiya-Ukrayna müharibəsində oynadığı vasitəçilik rolunun, xüsusən də taxıl dəhlizinin açılmasındakı rolunun vacibliyini vurğulayıb.

İ. Daçiç əlavə edib ki, Serbiya Avropa İttifaqının təzyiqinə rəğmən, Türkiyə vətəndaşları üçün viza sisteminin tətbiq edilməsi tələbini rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR