Sərdar Berdiməhəmmədov Türkmənistan Qəhrəmanı adına layiq görülüb

Sərdar Berdiməhəmmədov

© APA | Sərdar Berdiməhəmmədov

# 24 sentyabr 2023 18:53 (UTC +04:00)

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bu ölkənin Qəhrəmanı adına layiq görülüb.

APA xəbər verir ki, "Türkmənistan. Qızıl əsr" rəsmi nəşrinin yazdığına görə, dövlət başçısı onu ölkənin müstəqilliyinə və inkişafına verdiyi töhfəyə görə alıb.

Nəşrin məlumatına görə, bazar günü Türkmənistan Xalq Maslaxatının (Xalq Şurasının) iclası zamanı Berdiməhəmmədova Türkmənistan Qəhrəmanı adının verilməsi ilə bağlı təntənəli mərasim keçirilib. Təntənəli mərasimdə ölkə parlamentinin sədri Dünyagözəl Gülmanova “Türkmənistan Prezidenti Berdiməhəmmədov Sərdar Qurbanquliyeviçə Türkmənistan Qəhrəmanı adının verilməsi haqqında” ölkə parlamentinin qərarını oxuyub.

Sənədə əsasən, dövlət başçısı bu ada ölkənin milli müstəqilliyinin əsaslarının, onun bitərəfliyi prinsiplərinin möhkəmləndirilməsində böyük şəxsi xidmətlərinə, dövlətin dinamik inkişafında, beynəlxalq nüfuzunun möhkəmləndirilməsində xüsusilə müstəsna xidmətlərinə, dövlətlər və xalqlar arasında əməkdaşlığın, dostluğun və qardaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərlə görə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR