Səudiyyə Ərəbistanının Baş prokuroru Azərbaycanın Tehrandakı səfirliyində törədilən terroru pisləyib

Səudiyyə Ərəbistanının Baş prokuroru Azərbaycanın Tehrandakı səfirliyində törədilən terroru pisləyib
# 31 yanvar 2023 12:07 (UTC +04:00)

Səudiyyə Ərəbistanının Baş prokuroru Səud Əl Müacib Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşdə ölkəmizin Tehrandakı səfirliyində törədilən terror aktını qınayıb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

"Şeyx Əl Müacib 27 yanvar tarixində ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, həlak olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib", məlumatda deyilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR