Sığorta hadisəsindən sonra zərərçəkmiş şəxsə ödəniş avtomatik təyin olunacaq

Sığorta hadisəsindən sonra zərərçəkmiş şəxsə ödəniş avtomatik təyin olunacaq
# 25 iyul 2022 11:29 (UTC +04:00)

“Dövlət İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam edir.

APA xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu, hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası üzrə fəaliyyətinin, eləcə də həmin sığorta vəsaitlərinin idarə edilməsi üçün yaradılan altsistemdir.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində elektron infrastrukturun yaradılması nəticəsində həmin sığorta ödənişlərinin də elektron sistem üzərindən proaktiv təyinatı mexanizmi qurulur. Sığorta hadisəsindən sonra zərərçəkmiş şəxsin özünə, vəfat etdiyi halda vərəsələrinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmadan sığorta ödənişi avtomatik təyin ediləcək və aidiyyəti şəxsin e-sistemdə qeyd olunmuş telefon nömrəsinə bu barədə SMS-bildiriş göndəriləcək" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR