Sığortaedənin işçisinə ödədiyi maddi yardıma məcburi dövlət sosial sığorta haqqı hesablanacaq

Sığortaedənin işçisinə ödədiyi maddi yardıma məcburi dövlət sosial sığorta haqqı hesablanacaq
# 23 dekabr 2021 19:29 (UTC +04:00)

Prezident İlham Əliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, sığortaedənin öz işçisinə ödədiyi maddi yardım istisna olmaqla, maddi yardımdan məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq.

Başqa sözlə, sığortaedənin öz işçisinə ödədiyi maddi yardıma məcburi dövlət sosial sığorta haqqı hesablanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR