Şirvan sakini döyülərək pulu əlindən alınıb

Şirvan sakini döyülərək pulu əlindən alınıb
# 11 yanvar 2022 10:56 (UTC +04:00)

Bakıda Şirvan sakini ölümlə hədələnib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən APA-ya verilən məlumata görə, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 8-də 2 nəfərin Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürməklə hədələyərək döymələri və 165 manat pulunu almaları barədə məlumat daxil olub.

Nizami RPİ-nin 24-cü və Metropolitendə Polis Şobələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanılıblar.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR