SN: Bir neçə peyvəndin eyni vaxtda tətbiqi uşağın immunitetinə mənfi təsir göstərmir

SN: Bir neçə peyvəndin eyni vaxtda tətbiqi uşağın immunitetinə mənfi təsir göstərmir
# 05 may 2022 11:40 (UTC +04:00)

Uşaqların profilaktik peyvənd təqviminə daxil olan hər bir vaksin orta hesabla 10-15 il sınaqdan keçirilir.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, professor Hüseyn Qabulov deyib.

Onun sözlərinə görə, elmi araşdırmalarla əsaslı şəkildə sübut olunub ki, hətta bir neçə peyvəndin eyni vaxtda tətbiqi belə uşağın immunitetinə mənfi təsir göstərmir: “Doğuşdan dərhal sonra körpələr hər gün yüzlərlə və minlərlə yad maddələrə və mikroorqanizmlərə, müxtəlif, o cümlədən patogen bakteriyaların təsirinə məruz qalırlar. Buna baxmayaraq, onların immun sistemi bu yükün öhdəsindən uğurla gəlir. Ancaq təəssüf ki, körpə üçün çox təhlükəli olan mikroblar var və immunitet sistemi müqavimət göstərənə qədər bu infeksiyalar körpələrin sağlamlığına zərər verə bilər. Məhz bu mikroblara qarşı peyvəndlər tətbiq olunur".

Həkim eyni zamanda, hansı patogenlərə qarşı vaksinasiya aparıldığını da qeyd edib:

“Uşaqların sağlamlığı üçün təhlükəli olan hepatit B, vərəm, poliomielit, göy öskürək, difteriya, tetanus, pnevmoniya, qızılca, məxmərək və s. kimi xəstəliklərə qarşı peyvəndlər aparılır. Uşaqlar üçün profilaktik peyvənd cədvəlinə daxil edilən hər bir peyvənd orta hesabla 10-15 il sınaqdan keçirilir. Təhlükəsizliyi sübut olunduqdan sonra effektivliyini və arzuolunmayan əlavə təsirlərinin olmamasını təmin etmək üçün minlərlə könüllü üzərində sınaqdan keçirilir. Hər hansı bir peyvəndin uşağın infeksiyadan qorumağa kömək etməsi və mənfi reaksiyaların ehtimalının azalması üçün müvafiq məsləhətlər verəcək həkimin tövsiyələrinə əməl etmək vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR