SN: Hazırda yayılan xəstəliyə antibiotikin heç bir faydası yoxdur

SN: Hazırda yayılan xəstəliyə antibiotikin heç bir faydası yoxdur
# 18 yanvar 2023 15:20 (UTC +04:00)

“Hazırda yayılan xəstəliyə antibiotikin heç bir faydası yoxdur”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, virusun müalicəsində hər hansı antibakterial dərmanın istifadəsi tövsiyə olunmur:

“Həkim müayinəsindən sonra antibiotik müalicəsi verilə bilər. İlkin olaraq xəstəliyə yoluxmuş insanlar bol maye qəbul etməlidirlər. Hərarət yüksək, əzələ ağrıları olarsa, hərarətsalıcı dərmanlardan istifadə etmək mütləqdir. Əgər 3 gün ərzində bu qrip keçməsə, həkim müayinəsində olmaq mütləqdir. Hər bir insan individiual olduğu üçün həkimə müraciət etməlidir”.

Həkim bildirib ki, yayılan əlamətlər təkcə qripə aid deyil: “Xəstəliyin koronavirus, influenza, yoxsa qrip olmasına burundan alınan testlə qərar verilməlidir”.

Vasif Əliyev qeyd edib ki, qripdən ağırlaşmalar da olur: “Vaxtında müdaxilə olunmazsa, bu xəstəlik daha da ağırlaşa bilər. Hansısa bakterial xəstəliyə, miningitə səbəb ola bilər. Risk qrupunda olan şəxslər influenza qripinə qarşı peyvəndlə yanaşı, bakterial pnevmaniya əleyhinə də peyvənd vurdurmalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR