SN: Qasıq yırtığı uşaqlarda ən çox rast gəlinən anadangəlmə inkişaf qüsurudur

SN: Qasıq yırtığı uşaqlarda ən çox rast gəlinən anadangəlmə inkişaf qüsurudur
# 09 sentyabr 2022 12:20 (UTC +04:00)

Uşaqlarda ən çox qarşılaşılan cərrahi xəstəliklərə peritonun yataq çıxıntısının patologiyaları (qasıq yırtığı, hidrosele), qarnın ön divarının yırtıqları (göbək yırtığı, ağ xətt yırtığı, nadir yırtıqlar), kriptorxizm (enməmiş xaya) aiddir, qasıq yırtığı uşaqlarda ən çox rast gəlinən anadangəlmə inkişaf qüsurudur.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gündüz Ağayev deyib.

O bildirib ki, qasıq yırtığı oğlanların təxminən 5 faizində təsadüf edilir: “Qızlarda oğlanlara nisbətən 5-10 dəfə az hallarda olur. Sağ tərəfli qasıq yırtığının sola nisbəti 2:1-dir. 10 faiz hallarda ikitərəfli olur. Qızlarda ikitərəfli olma ehtimalı oğlanlara nisbətən iki dəfə çoxdur.
İkitərəfli qasıq yırtığı olan qızlarda cinsi inkişafın pozulması riskinə görə cinsiyyət üzvləri diqqətlə müayinə olunmalıdırlar”.

Gündüz Ağayevin sözlərinə görə, uşaqlarda qasıq yırtığının səbəbi, anatomik quruluşu və cərrahi əməliyyat texnikası böyüklərdə olan qazanılma qasıq yırtıqlarındam tam fərqlidir: “Əməliyyat açıq və endoskopik oluna bilər. Son onillikdə minimal invaziv (laparoskopik) əməliyyata daha çox üstünlük verilir. Enməmiş xayanın müalicəsi cərrahidir. Cərrahi əməliyyat 6 aydan 2 yaşadək oluna bilər. Cinsi yetişkənlik dövründən sonra bir tərəfli enməmiş xaya aşkar edilibsə, o zaman xayanın xaric edilməsi məsləhətdir. Çünki gələcəkdə xərçəng xəstəliyinin inkişaf etmə riski yüksək ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR