Şöbə müdiri: Bağçalarda uşaqların yerdəyişməsi gündəmdə deyil

Şöbə müdiri: Bağçalarda uşaqların yerdəyişməsi gündəmdə deyil
# 08 sentyabr 2022 12:00 (UTC +04:00)

Bu gün hələ ki məktəbəqədər təhsil müəssisələrində uşaqların yerdəyişməsi ilə bağlı məsələ gündəmdə deyil.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas hədəf uşaqların məlumatlarının vahid informasiya bazasının formalaşdırılmasıdır: "Bu iş yekunlaşdıqdan sonra yerdəyişmə prosesinin tətbiqi mümkün ola bilər".

Elnur Əliyev onu da vurğulayıb ki, hələlik məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin yerdəyişməsi nəzərdə tutulmur: "Hazırda bağçalara tərbiyəçi-müəllimlərin və direktorların mərkəzləşmiş qaydada işə qəbulu aparılması məsələsi gündəmdədir. Lakin gələcəkdə müəllimlırin yerdəyişmə məsələsinə də baxıla bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR