Şöbə müdiri: "İndiyə qədər əlillik verilməyənlərin çoxu indi ala biləcək"

Şöbə müdiri: "İndiyə qədər əlillik verilməyənlərin çoxu indi ala biləcək"
# 27 may 2022 11:10 (UTC +04:00)

"Əvvəl əlilliyin meyarları 123 idisə, artırılaraq 563-ə çatdırılıb".

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib.

O bildirib ki, bunun nəticəsində indiyə qədər əlillik ala bilməyən şəxslərin də bir çoxu əlillik ala biləcək.

"Əlilliyi müddətsiz olanlar yenidən dəyərləndirməyə cəlb olunmayacaq. Aparılan islahatların mahiyyəti insanları yoxlamalara cəlb etmək deyil, sistemə əlçatanlığı təmin etməkdir" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR