Şöbə müdiri: "Yeni meyarlar üzrə əlilliyin təyinində rüşvət istənilməsi qeyri-mümkündür"

Şöbə müdiri:  "Yeni meyarlar üzrə əlilliyin təyinində rüşvət istənilməsi qeyri-mümkündür"
# 27 may 2022 11:57 (UTC +04:00)

"Tibbi Sosial Ekspert Komissiyalarının (TSEK) həkimlərinin əksəriyyəti yenilənib".

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib.

O bildirib ki, qanunsuzluğa yol verənlər barədə tədbirlər görülür:

"Əlilliyin təyini kollegial qərardı. TSEK həkimləri verdikləri qərarlara görə məsuliyyət daşıyır. Bəzən vətəndaşlar narazılıq edirlər ki, saxta əlilliyin ləğvinin cəriməsini nə üçün təkcə vətəndaş çəkir və həmin diaqnozu qoyan həkimlər nə üçün məsuliyyətə cəlb olunmur. Qeyd edim ki, qanunsuzluğa yol verən həkimlərin bir çoxu maddə ilə işdən çıxarılıb, bir çoxu barədə cinayət işi açılıb. Yeni meyarlar üzrə əlilliyin təyinində isə rüşvət istənilməsi qeyri-mümkündür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR