SOCAR: "Siyəzəndə kompressorlar işə salınan kimi 2-3 kəndə qaz veriləcək"

SOCAR: "Siyəzəndə kompressorlar işə salınan kimi 2-3 kəndə qaz veriləcək"
# 23 sentyabr 2019 14:08 (UTC +04:00)

"Bu gün SOCAR-la BMT-nin bağladığı müqaviləyə əsasən kompressorların atmosferə atılan qazı yığıb kənd əhalisinə veriəsi tədbirində iştirak edirik. Burada BMT tərəfindən 6 kompressor, 6 separator və 3 soyuducu qurğu quraşdırılıb".

APA xəbər verir ki, bunu Siyəzəndə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) birgə tədbirində SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib. Onun sözlərinə görə, bu, ekoloji layihədir:

"Bu müqavilədə 3 komponent iştirak edir. Biri enerji səmərəliliyi, ikincisi enerji səmərəliliyinin nəqliyyatlarda istifadəsidir. Müqavilənin son mərhələsi alçaqtəzyiqli qazları yığıb əhalinin istifadəsinə verməkdir. Bütün qurğular BMT tərəfindən quraşdırılıb. 32 kilometr borunun çəkilməsi SOCAR tərəfindən həyata keçirilib. Quraşdırılmış 3 stansiyada gündə 2.500 kubmetr qaz yığırıq. Digərində 12.500 kubmetr, üçüncüsündə isə 5.500 kubmetr qaz yığıb istifadəyə verilir. Ümumilikdə ayda 583.000 kubmetr qaz yığılıb istifadəyə veriləcək. Kompressorlar işə salınan kimi bu gündən 2-3 kəndə qaz veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR