Son 3 sosial islahat paketi üzrə illik əlavə 6 mlrd. manat vəsait ayrılıb

Son 3 sosial islahat paketi üzrə illik əlavə 6 mlrd. manat vəsait ayrılıb
# 03 iyun 2022 14:58 (UTC +04:00)

Sosial ödənişlərin artırılması Azərbaycanda aparılan uğurlu sosial islahatların əsas istiqamətlərindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, 2019-cu ildən ötən dövrdə ölkəmizdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılmasını nəzərdə tutan ardıcıl islahatlar 4 mln. insanı əhatə edib. Ümumilikdə həmin dövrdə ölkəmizdə 3 sosial islahat paketi həyata keçirilib.

Vətəndaş rifahının yaxşılaşdılmasında ciddi irəliləyişləri təmin edən həmin islahatlar üçün əlavə olaraq illik 6 mlrd. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR