Son 5 ildə baş vermiş meşə yanğınlarının sayı açıqlanıb

Son 5 ildə baş vermiş meşə yanğınlarının sayı açıqlanıb
# 14 sentyabr 2022 16:17 (UTC +04:00)

“Meşə yanğınları ilə bağlı xüsusi komissiya yaradılıb”.

APA xəbər verir ki, bunu ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib.

O bildirib ki, bu il ötən illərlə müqayisədə yanğın hadisələri daha geniş ərazilərdə oldu, həm də say etibarilə daha çox baş verdi: “Bu il ilk olaraq meşə yanğınları ilə bağlı ETSN-in tərkibində komissiya yaradılıb. Həmin komissiyanın xüsusi iş proqramı tərtib edilib. Bu il meşələrin mühafizəsi üçün ilkin olaraq mineral zolaqların çəkilməsi, meşəətrafı ərazilərin müəyyən ölçüdə şumlanması işləri aparılır. Eyni zamanda, mümkün olan ərazilərdə yeni yollar çəkilib ki, yanğın hadisəsi baş verdiyi təqdirdə həmin ərazilərə avtomobillə müdaxilə etmək olsun”.

O əlavə edib ki, 2017-2022-ci illər ərzində ümumi meşə ərazilərində 176 yanğın hadisəsi baş verib: “Yanğınlar təxminən 2200 hektar ərazini əhatə edib. Bu il isə ilkin hesablamalara görə, yanğının əhatə etdiyi ərazi 650 hektara qədərdir. Burda tamamilə məhv olmuş ərazilərin uçotunu aparırıq”.

Xalıqverdi Hüseynovun sözlərinə görə, ilk böyük yanğın hadisəsi Şabranda baş verib: “Əsasən şimal regionu meşə yanğınlarına məruz qalıb. Quba rayonu ərazisində təxminən 300 hektara yaxın meşə ərazisində yanğınlar baş verib. Çox təəssüf ki, yanğınlar milli parkların ərazilərində də müşahidə edilib”.

Xidmət rəisi Xaçmaz və Şabrdanda yanğınlar səbəbi ilə tamamilə məhv olmuş meşə ərazilərinin uçotu artıq aparıldığını da qeyd edib: "Payız meşəbərpa tədbirləri çərçivəsində bioloji inkişafı dayanan ağaclar kəsilərək yerinə yeni tinglər əkiləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR