Son sutkada Azərbaycanda COVID-ə qarşı peyvənd vurulmayıb

Son sutkada Azərbaycanda COVID-ə qarşı peyvənd vurulmayıb
# 18 aprel 2022 16:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya məlumat verilib.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 595 242, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 334 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 836 495, üç və daha çox doza vaksin vurduranların sayı 3 187 702, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 551 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR