Son zamanlar ən çox rast gəlinən ürək xəstəlikləri açıqlanıb

Son zamanlar ən çox rast gəlinən ürək xəstəlikləri açıqlanıb
# 25 yanvar 2023 15:51 (UTC +04:00)

Təkcə Azərbaycanda yox, bütün dünyada ürək-damar sistemi xəstəliklərinin sayı artmağa davam edir və demək olar ki, onkoloji xəstəliklərlə eyni sırada dayanıb.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı, həkim-kardioloq Sevinc Nəsirova deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində də ən çox ürək-damar xəstəlikləri üzrə müraciətlər olur:

"Hətta deyərdim ki, kardiovaskular xəstəliklərin yaşı getdikcə cavanlaşır. Əvvəllər 50-60-da gördüyümüz xəstəliklərə indi 35-40 yaşda rast gəlinir, bəzi xəstəliklər isə hətta uşaqlaşır. Kardioloji xəstəliklərin bir çox növləri var. Son zamanlar ən çox yayılan ürəyin işemik xəstəliyi, anadangəlmə və ya qazanılmış ürək xəstəlikləri, ürək çatışmazlığı, miokard infarktı aritmiyalardır”.

Həkim deyib ki, sinədə göynəmə, ağrının sol qola və kürəyə yayılması, boğulma, tənginəfəslik, ayaqlarda şişkinlik, hərəkət zamanı ağrının artması, baş ağrısı olduğu zaman mütləq həkimə müraciət olunmalıdır:

“Çünki bu, artıq ürək xəstəliklərinin göstəricisidir”.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR