Sosial şəbəkələr üzərindən DİN-ə ünvanlanan müraciətlərin sayı açıqlanıb

Sosial şəbəkələr üzərindən DİN-ə ünvanlanan müraciətlərin sayı açıqlanıb
# 16 sentyabr 2022 11:22 (UTC +04:00)

Avqust ayı üzrə Daxili İşlər Nazirliyinə sosial şəbəkələr üzərindən 2350 müraciət ünvanlanıb.

Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynli deyib.

O bildirib ki, 830 müraciətə baxılıb, onlardan 227-si quruma təşəkkür xarakterlidir.

"Bu ilin yanvar-avqust aylarında isə sosial şəbəkələr üzərindən 18 319 müraciət daxil olub. Bunlardan 3853-ü qeydiyyata alınıb və 1071-i təşəkkür xarakterlidir. Qeydiyyata alınmayan müraciətlər isə daxil olduqdan sonra dərhal cavablandırılıb, müvafiq şəkildə istiqamətləndirilib və ya da polisin səlahiyyətinə aid olmayan müraciətlərdir" - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR