"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanuna dəyişiklik qəbul edilib

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanuna dəyişiklik qəbul edilib
# 12 iyul 2019 12:24 (UTC +04:00)

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanuna dəyişik barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, qanun layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000,0 manat, xərcləri 3 928 104 000,0 manat məbləğində təsdiqlınib.

Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 4 128 104 000 manat, xərclərinin isə 4 128 104 000 manat məbləğində təsdiq edilməsi təklif olunur.

Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin xərclərinin əhaliyə ödənişlər üzrə xərclər istiqamətində 3 834 944 000 manatdan, 4 020 444 000 manata qaldırılması təklif edilir.

Eyni zamanda, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinin 22 500 000 manatdan, 23 000 000 manata qaldırılması təklif edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR