Sosial xarakterli fövqəladə mühit rejiminə dair tələblər müəyyənləşir

Sosial xarakterli fövqəladə mühit rejiminə dair tələblər müəyyənləşir
# 01 fevral 2023 15:43 (UTC +04:00)

“Fövqəladə vəziyyət haqqında” qanuna yeni – "Sosial xarakterli fövqəladə mühit rejimi" (I-I) fəsli əlavə edilir.

APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi Milli Məclisin bu keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir.

Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlər də müəyyənləşir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR