Spiker: "İƏT PA Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfər edəcək"

# 16 may 2022 17:02 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfər edəcək.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva ilə görüşdə bildirib.

Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan ərazilərini, həmçinin Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini işğaldan azad etdiyini söyləyib: “İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfər zamanı bu gözəl şəhərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR