“Sputnik Azərbaycan”ın şef-redaktoru və həyat yoldaşı Azərbaycandan çıxarılır - VİDEO

Pavel Antonov-Veranika Antonova-Trizno

© APA | Pavel Antonov-Veranika Antonova-Trizno

# 10 iyun 2022 12:15 (UTC +04:00)

“Sputnik Azərbaycan” saytının şef-redaktoru və mətbuat mərkəzinin prodüserinin iş icazələrinin müddəti uzadılmayıb.

APA xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin “müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilmiş və müvəqqəti yaşama icazələri ləğv edilmiş şəxslərin siyahısı”nda həmin şəxslərin adları qeyd edilib.

“Sputnik Azərbaycan” saytının şef-redaktoru Veranika Antonova-Trizno və onun həyat yoldaşı “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin prodüseri Pavel Antonovun iş icazəsinə imtina qərarı iyunun 6-da verilib.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov faktı APA-ya təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR