Stasionar müalicədə olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Stasionar müalicədə olan narkotik istifadəçilərinin sayı açıqlanıb
# 18 iyul 2022 12:10 (UTC +04:00)

Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-iyun ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 41 576 nəfər istiqamətləndirilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair hesabatda bildirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1694 nəfərindən 1224-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hesabat dövründə 2947 nəfər stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 942 xəstə müalicə alır.

2022-ci ilin 6 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 339 pasiyentdən 31 nəfəri inyeksion narkotik istifadəçisi olub. 2021-ci ilin 31 iyun tarixinə isə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 6755 nəfər təşkil edib ki, onların da 2301 nəfəri inyeksion narkotik istifadəçisidir.

2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 602 nəfər təşkil edib. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2021-ci ildə müvafiq diaqnozla 5603 nəfər qeydiyyata götürülüb, 4789 nəfər isə qeydiyyatdan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR