Su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirilib

Su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirilib
# 19 may 2022 17:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Binəqədi rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti və rayonun aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə Xəzər dənizinin Binəqədi rayonu sahillərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri və aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib.

Toplantıda, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR