Su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirilib

Su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirilib
# 29 iyun 2022 14:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Mərkəzin akt zalında “Su hövzələrində təhlükəsizliyin təşkil olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, müşavirədə cənub regionunun aidiyyəti dövlət qurumlarının nümayəndələri və çimərliklərdə fəaliyyət göstərən kommersiya obyektlərinin sahibləri iştirak edib.

Əvvəlcə, müşavirə iştirakçılarına FHN-in Cənub Regional Mərkəzi tərəfindən yay mövsümü başlamazdan əvvəl çimərliklərdəki mövcud vəziyyətin öyrənilməsi məqsədilə Xəzər dənizi sahillərində yerləşən çimərliklərdə həyata keçirilmiş monitorinqlərin nəticələri barədə geniş məlumat verilib.

Daha sonra yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri və bu istiqamətdə aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyəti haqqında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR