Suçiçəyi xəstəliyinin artmasına aydınlıq gətirilib

Suçiçəyi xəstəliyinin artmasına aydınlıq gətirilib
# 12 yanvar 2023 17:28 (UTC +04:00)

"2022-ci ildə suçiçəyi xəstəliyinin artımı əsasən ilin birinci yarısında qeydə alınıb, iyul ayından başlayaraq xəstəliyinin səviyyəsində azalma müşahidə olunub".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, lakin payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq 2022-ci ilin noyabr ayından xəstəliyin səviyyəsi mövsümə uyğun olaraq bir qədər artıb.

"Qeydə alınan xəstəlik ocaqlarında əks-epidemik tədbirlərin aparılması təmin edilir", - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR