Sumqayıt bulvarında yeni tullantı su kollektoru tikilib

Sumqayıt bulvarında yeni tullantı su kollektoru tikilib
# 02 sentyabr 2022 16:33 (UTC +04:00)

Sumqayıt bulvarında yeni tullantı su kollektoru tikilib və artıq Xəzərə axıdılan tullantı sularının qarşısı alınıb.

APA xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli deyib.

O qeyd edib ki, hazırda Acıdərə kanalı vasitəsilə şəhər istiqamətindən tullantı sularının qarşısının alınması üçün işlər görülür:

“Amma şəhər ərazisindən axıdılan tullantı sularının qarşısı hələ ki, alınmayıb. Acıdərə kanalının tam qapalı sistemə çevrilməsi oradan da tullantı sularının Xəzərə axıdılmasının qarşısını almağa kömək edəcək. Bu istiqamətdə işlər davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR